Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə “İstanbul” kanalı layihəsi çərçivəsində üç süni ada yaratmağı planlaşdırır.
Trend-in məlumatına görə, adaları Mərmərə dənizində kanal üçün çıxarılan qruntun hesabına yaradılması nəzərdə tutulur.
Süni adaların turizm məqsədləri üçün inşa olunacağı bildirilir.
Qeyd edək ki, “İstanbul” kanalı Bosfor boğazından qərbdə salınacaq. Bu kanal Bosfor boğazının yüklənməsini azaldacaq. “İstanbul” kanalı layihəsinin dəyəri 20 milyard dollar həcmində ölçülür.