...

ABŞ Suriyadakı kürd müxalifətinə zirehli texnikalar göndərib

Dünya xəbərləri Materials 31 Yanvar 2017 16:37 (UTC +04:00)
"Biz bundan əvvəl belə dəstək almamışıq. Buna qədər, əsasən, yüngül silahlar və döyüş sursatları göndəriblər".
ABŞ Suriyadakı kürd müxalifətinə zirehli texnikalar göndərib

Bakı. Trend:

Silahlı müxalifət qüvvələri alyansı - "Suriya demokratik qüvvələri" bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb və ilk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Müxalifət nümayəndəsi Təlal Selo "Reuters" agentliyinə bildirib ki, zirehli texnika və zirehli nəqliyyatlar 4-5 gün əvvəl çatdırılıb.

Onun sözlərinə görə, texnikanın sayı az olsa da, bu, yeni dəstəyi göstərir: "Biz bundan əvvəl belə dəstək almamışıq. Buna qədər, əsasən, yüngül silahlar və döyüş sursatları göndəriblər".

Qeyd edək ki, alyans, əsasən, kürd bölmələrindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti