...

"Starbucks" Trampa etiraz olaraq qaçqınları işə götürəcək

Dünya xəbərləri Materials 31 Yanvar 2017 22:09 (UTC +04:00)
"Starbucks" qəhvəxana şəbəkəsi minlərlə qaçqını işə qəbul edəcəyini bəyan edib.
"Starbucks" Trampa etiraz olaraq qaçqınları işə götürəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

"Starbucks" qəhvəxana şəbəkəsi ABŞ prezidenti Donald Trampın bəzi müsəlman ölkələrindən qaçqınların ABŞ-a girişini qadağan etməsinə etiraz olaraq, minlərlə qaçqını işə qəbul edəcəyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə “Washington Post” xəbər verir.

"Starbucks" şəbəkəsinin icraçı müdiri Hovard Şultsun sözlərinə görə, dünyada 65 millyondan artıq insan BMT tərəfindən qaçqın kimi tanınır. O, vurğulayıb ki, "Starbucks" şəbəkəsinin biznesə sahib olduğu 75 ölkədə 10 minə yaxın qaçqın işə qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti