Bakı. Trend:
Avstraliya şelfində Amerikanın "ExxonMobil" şirkətinə məxsus platforma yaxınlığında neft axıb. Trend-in məlumatına görə, neftin axmasına səbəb olan qəza ilə bağlı artıq araşdırma başlanılıb.
Məlumata görə, neft sızması həmin platformada baş vermiş yanğından 18 ay sonra baş verib.
Qeyd edək ki, 2013-cü ildə həmin şirkətə məxsus başqa paltformada da neft axması baş vermişdi. Həmin vaxt dənizə 750 litr neft axmışdı.
Dənizdə neft ləkələrinin görünməsi barədə isə Avstrailya requlyatoru hələ ötən gün məlumat verib.