Bakı. Trend:
İtaliyanın Kuneo əyalətində qar uçqunu baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 1 xizakçi həlak olub, 4-ü isə xəsarət alıb.
Hadisə yerinə həkimlər və xilasedicilər cəlb olunub.
Qeyd edək ki, yanvarın 18-də Abrutso vilayətinin Farindola qəsəbəsinin yaxınlığında Qran-Sasso dağ massivində qar uçqunu baş vermişdi. 40 nəfərin qaldığı "Rigopiano" hoteli qar uçqununun altında qalmışdı. Hadisə nəticəsində hoteldə qalan 40 nəfərin 29-u həlak olmuşdu.