...

Pakistanda partlayış - 2 ölü, 18 yaralı

Dünya xəbərləri Materials 15 Fevral 2017 16:00 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Peşəvər şəhərində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 2 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Partlayış Həyətabad rayonunda yerləşən tibb kompleksi yaxınlığında baş verib.

Məlumata görə, partlayış terrorçu-kamikadzenin motosikletlə hərəkət edərək avtomobilə çırpılması nəticəsində baş verib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Xəbər lenti

Xəbər lenti