...

Astanada Suriya üzrə görüşlər başladı - Silahlı müxalifət nümayəndələri gecikir

Dünya xəbərləri Materials 16 Fevral 2017 09:17 (UTC +04:00)
Astanada Suriya üzrə plenar öncəsi ikitərəfli görüşlər başlayıb.
Astanada Suriya üzrə görüşlər başladı - Silahlı müxalifət nümayəndələri gecikir

Bakı. Trend:

Astanada Suriya üzrə plenar öncəsi ikitərəfli görüşlər başlayıb. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Anuar Jaynakov bildirib.

Mətbuat katibi deyib: "Görüşlər başlayıb, silahlı müxalifət nümayəndələri bir qədər gec gələcəklər, onlarla görüş nahara qədər baş tutacaq".

Qeyd edək ki, Rusiya, İran, Türkiyənin vasitəçiliyi, eləcə də İordaniya, BMT və Suriya hökumət və silahlı müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqların ikinci raundu Astanada başlayıb.

Xəbər lenti

Xəbər lenti