Bakı. Trend:
Pakistan yaxın bir neçə ay ərzində Əfqanıstanla sərhədin bəzi hissələrində divar çəkməyə hazırlaşır.
Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, qərar bir qədər əvvəl qəbul edilsə də, Əfqanıstanın etirazları nəticəsində indiyə qədər reallaşdırılmamışdı.
Ancaq fevralın ortalarında Pakistanda törədilən silsilə terror aktlarından sonra sərhəddə nəzarətin gücləndirilməsi və divarın çəkilməsi yenidən gündəmə gəlib.