...

ABŞ zərbələri nəticəsində Yəməndə Əl-Qaidə üzvü məhv edilib

Dünya xəbərləri Materials 7 Mart 2017 06:18 (UTC +04:00)
Martın 2-də ABŞ-ın Yəməndə Əl-Qaidəyə qarşı Ərəbistan yarımadasındakı nöqtələrinə endirilən 2 zərbə nəticəsində Əl-Qaidənin 1 üzvü məhv edilib
ABŞ zərbələri nəticəsində Yəməndə Əl-Qaidə üzvü məhv edilib

Bakı. Trend:

Martın 2-də ABŞ-ın Yəməndə Əl-Qaidəyə qarşı Ərəbistan yarımadasındakı nöqtələrinə endirilən 2 zərbə nəticəsində Əl-Qaidənin 1 üzvü məhv edilib.

Trend-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, öldürülənin əvvəllər Quantanamo həbsxanasında saxlanıldığı bildirilir.

Pentaqon rəsmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Ceff Devis bildirirb: "Biz keçmiş Quantanamo dustağı olan Yasir əl Silmi-nin ölümünü təsdiqləyə bilərik".

Devis əlavə edib ki, ABŞ son beş gün ərzində yarımadada yaraqlıların mövqelərinə 40-dən artıq zərbə endiriblər.

Xəbər lenti

Xəbər lenti