...

Almaniyada zooparkda qəfəsdən qaçan ayını güllələyiblər

Dünya xəbərləri Materials 11 Mart 2017 23:43 (UTC +04:00)
Almaniyanın Osnbrük şəhərinin zoparkında, qəfəsdən qaçmış ayını güllələyiblər
Almaniyada zooparkda qəfəsdən qaçan ayını güllələyiblər

Bakı. Trend:

Almaniyanın Osnbrük şəhərinin zoparkında, qəfəsdən qaçmış ayını güllələyiblər.

Trend-in məlumatına görə, ayı elektrik gərginliyi altında olan hasarı aşaraq, azadlığa çıxıb.

Fövqəladə vəziyyət yerli vaxtla saat 14:15-də baş verib. Həmin vaxt zooparkda çox adam olub. Zooparkın əməkdaşları meymunlar üçün qapalı pavilyonda ziyarətçiləri toplayıb və ayını axtarmağa başlayıblar. Qaçdıqdan az sonra onu güllələyiblər.

Qeyd edək ki, ölən heyvan - ağ və qonur ayının hibridi Taps adlı ayı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti