...

Yıldırım İstanbulda Niderland bayrağı ilə bağlı insident barədə

Dünya xəbərləri Materials 13 Mart 2017 09:23 (UTC +04:00)
Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda Niderland baş konsulluğunun binası üzərindən bayrağı salanları tənqid edib.
Yıldırım İstanbulda Niderland bayrağı ilə bağlı insident barədə

Bakı. Trend:

Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda Niderland baş konsulluğunun binası üzərindən bayrağı salanları tənqid edib.

Trend-in məlumatına görə, baş nazir bu cür hərəkəti təxribat adlandırıb.

B.Yıldırım qeyd edib: “Gələcəkdə bu cür hallardan qaçmaq lazımdır”.

Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın avtomobili Hollandiya polisi tərəfindən saxlanılıb. Nazirə Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.

Rəsmi Ankara Niderland hökümətindən Türkiyədən rəsmi olaraq üzr istəməsini tələb edib. Niderland hökuməti isə Türkiyədən üzr istəməyib.

Xəbər lenti

Xəbər lenti