...

Türkiyənin cənub-şərqində antiterror əməliyyatı keçirilib

Dünya xəbərləri Materials 22 Mart 2017 03:42 (UTC +04:00)
Martın 5-də Türkiyənin Diyarbəkir vilayətinin cənub-şərqində Licə, Kull, Hani rayonlarında təhlükəsizlik qüvvələrinin keçirdiyi irimiqyaslı antiterror əməliyyatı uğurla başa çatıb
Türkiyənin cənub-şərqində antiterror əməliyyatı keçirilib

Bakı. Trend:

Martın 5-də Türkiyənin Diyarbəkir vilayətinin cənub-şərqində Licə, Kull, Hani rayonlarında təhlükəsizlik qüvvələrinin keçirdiyi irimiqyaslı antiterror əməliyyatı uğurla başa çatıb.

Trend Anadolu-ya istinadən xəbər verir ki, əməliyyatda 7 mindən artıq hərbçi və hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib.

Əməliyyat çərçivəsində 27 PKK terrorçu məhv edilib, bir canlı götürülüb. Minalanma məqsədilə terrorçular tərəfindən oğurlanmış 9 nəqliyyat vasitəsi aşkar edilib, külli miqdarda hərbi sürsat müsadirə olunub.

Bundan başqa, 9,5 ton həşişin daşınmasının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti