...

Mahaçqala bazarındakı yanğında 30-dan çox xəsarət alan var

Dünya xəbərləri Materials 31 Mart 2017 19:30 (UTC +04:00)
Mahaçqalanın mərkəzindəki bazarda baş verən yanğında 33 nəfər xəsarət alıb.
Mahaçqala bazarındakı yanğında 30-dan çox xəsarət alan var

Bakı. Trend:

Mahaçqalanın mərkəzindəki bazarda baş verən yanğında 33 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Dağıstanın səhiyyə nazirliyinin nümayəndəsi Zalina Murtuzaliyeva deyib.

Onun sözlərinə görə, 3 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Müxtəlif əşyaların satıldığı bazarda yanğın səhər saatlarında baş verib. Alov bir neçə saat ərzində söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti