Bakı. Trend:
İspaniyanın keçmiş müdafiə naziri xanım Karme Çakon 46 yaşında vəfat edib.
Trend-in məlumatına görə, keçmiş müdafiə naziri ürək problemindən əziyyət çəkirdi.
Qeyd edək ki, Çakon İspaniyanın ilk qadın müdafiə naziri olub. O bu vəzifəni 2008-2011 illərdə tutub.