...

"Bütün bombaların anası" 90 İŞİD döyüşçüsünü öldürüb

Dünya xəbərləri Materials 15 Aprel 2017 19:22 (UTC +04:00)
ABŞ-ın Əfqanıstanda özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma tərəfindən istifadə olunan tunel kompleksinə endirdiyi hava zərbəsində ölən İŞİD döyüşçülərinin sayı 90-a çatıb
"Bütün bombaların anası" 90 İŞİD döyüşçüsünü öldürüb

Bakı. Trend:

ABŞ-ın Əfqanıstanda özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma tərəfindən istifadə olunan tunel kompleksinə endirdiyi hava zərbəsində ölən İŞİD döyüşçülərinin sayı 90-a çatıb.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, əməlliyat zamanı xüsusu bombadan istifadə olunub.

9,800 kq-lıq GBU-43/B (MOAB) bombası 9 metr uzunluğundadır və ona "bütün bombaların anası" adı verilib.

Bu, ABŞ tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti