Bakı. Trend:
Ermənistanın Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.
Bu barədə Trend "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, 2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü amansızcasına qətlə yetirib.