...

NATO formal olaraq İŞİD ilə mübarizə aparan koalisiyaya qoşulub

Dünya xəbərləri Materials 26 May 2017 01:39 (UTC +04:00)
NATO-ya üzv ölkələrin liderləri cümə axşamı sammitdə İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiyaya qoşulmaq barədə qərar qəbul ediblər
NATO formal olaraq İŞİD ilə mübarizə aparan koalisiyaya qoşulub

Bakı. Trend:

NATO-ya üzv ölkələrin liderləri cümə axşamı sammitdə İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiyaya qoşulmaq barədə qərar qəbul ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq deyib ki: "Biz İŞİD ilə mübarizə aparan qlobal koalisiyaya dəstəyimizi genişləndirməyi qərara aldıq. Bizim uzaq radiolokasiya aşkarlama sistemimiz koalisiya üçün hava hərəkətinin idarəsini yaxşılaşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti