...

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

Dünya xəbərləri Materials 26 May 2017 10:33 (UTC +04:00)
Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır.
FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

Bakı. Trend:

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır.

Trend-in məlumatına görə, təhqiqat Amerika liderinin köməkçisinin Rusiya nümayəndələri ilə əlaqəsi ehtimalı ətrafında aparılır.

Bununla belə, qeyd olunur ki, onun haqqında hər hansı cinayət işi açılması və ya digər cəza tədbirləri nəzərdə tutulmur. Araşdırma sadəcə C.Kuşnerdə təhqiqat üçün faydalı informasiyaların öyrənilməsi məqsədilə aparılır.

Qeyd edək ki, C.Kuşner D.Trampın qızı İvanka Trampın həyat yoldaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti