...

Skotland-Yardda detektiv olmaq asanlaşdı

Dünya xəbərləri Materials 1 İyun 2017 20:50 (UTC +04:00)
London polisi ilk dəfə hüquq-mühafizə strukturlarında iş təcrübəsi olmayan şəxsləri işə qəbul etməyə qərar verib
Skotland-Yardda detektiv olmaq asanlaşdı

Bakı. Trend:

London polisi ilk dəfə hüquq-mühafizə strukturlarında təcrübəsi olmayan şəxsləri işə qəbul etməyə qərar verib. Trend-in məlumatına görə, Skotland-Yardda detektiv olmaq üçün ali təhsil haqqında sənəd və baza hazırlığını keçmək kifayət edəcək.

Bundan başqa, bu iş üçün namizədin son 3 il ərzində Londonda yaşaması kifayətdir.

Bu yolla London polis xidməti müxtəlif biliklərə, bacarıq və təcrübəyə sahib insanların işə cəlb olunmasına ümid edir.

Polisdən verilən elan məlumatında qeyd olunur ki, Skotland-Yardda işə yeni başlayan detektivin illik əmək haqqı 49 min dollara yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti