...

Əfqanıstan hökumətinin istefası tələb edilir

Dünya xəbərləri Materials 2 İyun 2017 11:21 (UTC +04:00)
Kabulda nümayişçilər hökumətin istefasını tələb edir.
Əfqanıstan hökumətinin istefası tələb edilir

Bakı. Trend:

Kabulda nümayişçilər hökumətin istefasını tələb edir.

Trend-in məlumatına görə, Əfqanıstan polisi paytaxtdakı terror aktından sonra hökumətin istefasını tələb edən aksiya iştirakçılarını havaya atəş açmaqla dağıtmağa çalışır.

Xatırladaq ki, çərşənbə günü Kabulda Prezident sarayı və xarici səfirliklərin yaxınlığında güclü partlayış baş verib. Son məlumata əsasən, hadisə nəticəsində 100 nəfər ölüb, 600 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti