Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Meyə Londonda baş verən silsilə terror aktların araşdırılmasında öz yardımını təklif edib.
Trend-in məlumatına görə, bu barədə Tramp baş nazir ilə telefon danışığı zamanı bildirib.
Qeyd edək ki, iyunun 4-də baş verən terror aktlarında 6 nəfər ölüb, 30 nəfər isə yaralanıb.