Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:39-da yayılıb)
Bakı. Trend:
Almaniyanın Münhen şəhərində "Unterföhring" dəmiryol vağzalında bir nəfər insanlara atəş açıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində biri qadın polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb. Polis əməkdaşı başından xəsarət alıb.
Şahidlər hücum edən şəxsin polisin silahını oğurlayaraq atəş açmağa başladığını bildirir.
Silahlı şəxs saxlanılıb.
X X X
11:39
Almaniyanın Münhen şəhərində "Unterföhring" dəmiryol vağzalında atəş səsləri eşidilib.
Trend-in məlumatına görə, vağzaldakı insanlar dərhal təxliyə edilib.
Atışmanın səbəbi hələ bilinmir. Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.
N24 kanalı bir nəfərin xəsarət aldığını bildirir.