...

Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin

Dünya xəbərləri Materials 22 İyun 2017 13:53 (UTC +04:00)
Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib
Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin

Bakı. Trend:

Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib.

Trend-in məlumatına görə, bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır.

Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb.

Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.

Qeyd olunur ki, 22-23 iyun tarixlərində uçuşları “Jet Airways”, 25 iyun-8 iyul tarixlərində “Air India Express” aviaşirkətləri həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti