...

Donald Tramp müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 25 İyun 2017 02:50 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik edib
Donald Tramp müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, prezidentin təbriki Ağ ev tərəfindən yayılıb.

Təbrikdə qeyd olunur ki, ABŞ müsəlmanları müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları ilə birləşərək diqqəti xeyirxah işlərə yönəldirlər. Onlar bayramı ailələri və dostları ilə qeyd edərək, qonşulara yardım və çörəyi ən müxtəlif həyat tərzinə malik insanlarla bölüşmək kimi ənənələrə əməl edirlər.

“ABŞ bütün dünya müsəlmanları ilə birlikdə bu dəyərlərə sadiqliyini ifadə edir” – təbrikdə belə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti