...

Rusiya və ABŞ atəşkəs rejiminə dair razılığa gəliblər

Dünya xəbərləri Materials 8 İyul 2017 02:38 (UTC +04:00)
Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər
Rusiya və ABŞ atəşkəs rejiminə dair razılığa gəliblər

Bakı. Trend:

Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.

Trend Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov G20 zirvəsinə qatıldığı Hamburqda bəyan edib.

Lavrov bildirib ki, Deraa və Əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək.

"ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb" - Lavrov deyib.

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib. Görüşdə Suriya və Ukrayna, terrorizmlə mübarizə, kibertəhlükəsizlik məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti