Bakı. Trend:
Suriyada Hələb şəhərində, mütəxəssislər Yaxın Şərqdə ən böyük su nasos stansiyasının bərpasını başa çatdırır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, stansiya sovet mütəxəssisləri tərəfindən tikilib.
Stansiyanın baş mühəndisi Əhməd Xamun jurnalistlərə deyib: "14 nasosdan hər bir saz vəziyyətdədir, yalnız xırda nöqsanlar aradan qaldırılmalıdır".
Qeyd edək ki, stansiya İŞİD tərəfindən ələ keçirildiyindən fəaliyyət göstərmirdi.