...

İraqın vitse-prezidenti: Məsud Bərzani xəyalpərəstdir

Dünya xəbərləri Materials 21 İyul 2017 13:07 (UTC +04:00)
"Peşmərgə" kürd dəstələri İŞİD terror qruplaşması ilə mübarizədə heç bir rol oynamayıb.
İraqın vitse-prezidenti: Məsud Bərzani xəyalpərəstdir

Bakı. Trend:

"Peşmərgə" kürd dəstələri İŞİD terror qruplaşması ilə mübarizədə heç bir rol oynamayıb.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.

O qeyd edib: "Məsud Bərzani (İraqın kürd administrasiyasının rəhbəri - red.) xəyalpərəstdir. Ölkənin rəsmi sərhədləri qanla çəkilir. O bilir ki, "Peşmərgə" İŞİD ilə mübarizədə heç bir rol oynamayıb. İraq, İran və ABŞ aviasiyalarının köməyi olmasaydı, İŞİD Ərbil şəhərini almışdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti