...

İran və Azərbaycan din xadimləri Tehranda görüşüblər

Dünya xəbərləri Materials 6 Avqust 2017 20:42 (UTC +04:00)
İran və Azərbaycandan olan din xadimləri Tehranda baş tutan görüşdə ümumi problemlər müzakirə ediblər, gələcək əməkdaşlığın ümumi xartiyasının qəbul edilməsinə ümidlər səsləndiriblər
İran və Azərbaycan din xadimləri Tehranda görüşüblər

Tehran. Mehdi Sepahvənd - Trend:

İran və Azərbaycandan olan din xadimləri Tehranda baş tutan görüşdə ümumi problemlər müzakirə ediblər, gələcək əməkdaşlığın ümumi xartiyasının qəbul edilməsinə ümidlər səsləndiriblər.

Trend-iin məlumatına görə, görüşdə İranın dini Şurasının katibi Ayətullah Möhsin Araki və Qafqaz müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam hacı Allahşükür Paşazadə iştirak ediblər.

Araki bildirib ki, görüşün məqsədi İslam həmrəyliyi sahəsində dini və sosial əməkdaşlığa başlamaqdır.

O, həmçinin İran və Azərbaycan din xadimlərinin regionda olan ekstremist cərəyanları ilə mübarizədə oynaya biləcəyi rolu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti