...

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 91-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 14 Avqust 2017 21:25 (UTC +04:00)
Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 91-ə çatıb (YENİLƏNİB)

Bakı. Trend:

Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bundna əlavə 25 nəfər xəsarət alıb, 35 nəfər isə itkin düşmüş sayılır.

Məlumata əsasən, 3 minə yaxın yaşayış evi dağılıb, 3,8 min sosial əhəmiyyətli obyektə zərər dəyib. Xilasetmə-bərpa işlərində 27 min insan iştirak edir.

XXX

17:05

Nepalda aramsız yağan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 35 nəfər itkin düşmüş hesab edilir.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd olunur ki, bir sıra bölgələrdə sakinlərin və turistlərin təxliyəsinə fillər də cəlb edilib. Ümumilikdə 300-ə yaxın turist fillərin köməyi ilə təxliyə olunub.

Yağıntılar Nepalda avqustun 11-dən davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti