Bakı. Trend:
Polis Barselonada törədilən terror aktında şübhəli bilinən bir terrorçunun axtarışını davam edir.
Trend-in məlumatına görə, terror aktını törətməkdə şübhəli bilinən şəxsin boyu 1.7 metr olduğu qeyd edilir.
Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.