Bakı. Trend:
ABŞ-da Kentukki ştatında avtomobil günəş tutulmasını izləyən bir qrup adamı vurub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda WRDW telekanalı xəbər verir.
Məlumata görə, hadisə nəticəsiində azı 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.
Qeyd olunur ki, hadisə Hayden şəhərində baş verib. 38 yaşlı qadın sürücü avtomobilin idarəsi ilə bacara bilməyib və dirəyə çırpılaraq 2 qadını vurub.