Bakı. Trend:
Myanmada rohinca müsəlmanları ilə buddistlər arasında münaqişə kəskinləşdikdən sonra - avqustun 25-dən 123 mindən çox müsəlman Banqladeşə keçib.
Trend-in məlumatına görə, təkcə son sutka ərzində 37 min rohinca müsəlmanı Myanmanı tərk edib.
Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.