Bakı. Trend:
Rusiyanın Surqut şəhərində dövlət universitet binasında yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə ilə əlaqədar 800 nəfər, o cümlədən 64 əməkdaş təxliyyə edilib.
Qeyd olunur ki, yanğın binanın damında başlayıb. Yanğının qarşısı alınıb, xəsarət alanların olmadığı deyilir.
Hazırda hadisənin səbəbləri araşdırılır.