...

Nüvə silahının tamamilə qadağan edilməsi haqqında konvensiyanı 50-dən çox ölkə imzalayıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2017 07:13 (UTC +04:00)

Bakı. Trend:

BMT-də nüvə silahlarının tamamilə qadagan olunmasına dair konvensiya açılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ilk gündə konvensiyanı 51 ölkə imzalayıb.

Məlumata əsasən, sənədi Əlcəzair, Avstriya, Braziliya, Vatikan, Kosta-Rika, İndoneziya, Kuba, Liviya, Lixtenşteyn, Meksika, Yeni Zelandiya, Fələstin, Cənubi Afrika Respublikası, Tayland, Venesuela və digərləri imzalatıblar.

Konvensiya azı 50 ölkə tərəfindən ratifikasiya edildikdən sonra 90 gün sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti