Bakı. Trend:
Rusiyanın Vorkuta şəhərində mədənlərin birində 180-ə yaxın mədənçi təxliyə olunub. Trend-in məlumatına görə, buna mədəndə baş vermiş tüstülənmə səbəb olub.
Tüstülənmədən dərhal sonra 780 metr dərinlikdə çalışan 177 mədənçi çıxarılıb. Təxliyə işinə 5 xilasedici dəstə qatılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.