...

Yaponiya hökuməti ölkə parlamentinin aşağı palatasını buraxmaq haqqında qərar qəbul edib

Dünya xəbərləri Materials 28 Sentyabr 2017 06:14 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın baş naziri Şinzo Abenin təqdimatına əsasən ölkə hökuməti Yaponiyanın parlamentinin aşağı palatasını buraxmaq haqqında qərar verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar kabinetinin sentyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.

Məlumata görə, aşağı palatanın buraxılması ilə yanaşı yeni ümumi seçkilərin keçirilməsi barədə qərar da qəbul edilib. Lazımi sənədlər hökumətin bütün üzvləri tərəfindən imzalanıb.

Qeyd edək ki, Yaponiya konstitusiyasına görə, ləğv haqqında ərizə Yaponiya İmperatoru tərəfindən təstiqlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti