Bakı. Trend:
Latviyanın paytaxtı Riqada avtomobil bir neçə uşağı vurub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 3 uşaq xəstəxanaya yerləşdirilib.
Polisin verdiyi məlumatda qeyd edilir ki, avtomobilin sürücüsü özünü qəflətən pis his etdiyi üçün idarəetməni itirib. Nəticədə o, uşaq bağçasına gedən uşaqların üzərinə hərəkət edib.
Uşaqların vəziyyətinin ağır olmadığı bildirilir.