Türkiyənin nəqliyyat naziri xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2017 15:26 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Ahmet Arslan xəstəxanaya yerləşdirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, kor bağırsağından şiddətli ağrılarla xəstəxanaya gətirilən nazir əməliyyat olunub.

Hazırda nazirin səhhətinin qənaətbəxş olduğu deyilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti