Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də öz ad günündə Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirəcək.
Trend-in məliumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Mətbuat katibi əlavə edib ki, eləcə də həmin günə bir sıra telefon danışıqları planlaşdırılıb.
O qeyd edib ki, ümumiyyətlə isə Putin ad gününü əsasən doğmaları, yaxınları, iş yoldaşlarının çevrəsində qeyd edir.