...

Əfqanıstanda polis idarəsinə hücum - 6 ölü, 30 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 17 Oktyabr 2017 11:26 (UTC +04:00)

İlk xəbər saat 10:49-da yayımlanıb

Bakı. Trend:

Səhər saatlarında Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub. Trend-in məlumatına görə, hazırda hücum nəticəsində ölənlərin sayı azı 6 nəfər qeyd edilib. Daha 30 nəfərin isə yaralandığı barədə bildirilib.

X X X

Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub. Trend-in məlumatına görə, bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib.

Onun sözlərinə görə, səhər saatlarında intiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib.

DİN rəsmisi bildirib ki, iki terrorçu məhv edilib.

Xəbər lenti

Xəbər lenti