...

Türkiyədə kömür mədənində uçqun - 6 mədənçi öldü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 17 Oktyabr 2017 17:24 (UTC +04:00)

İlk xəbər saat 16:51-də yayımlanıb

Bakı. Trend:

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib.

Trend-in məlumatına görə, uçqun nəticəsində 6 nəfər dağıntılar altında həyatını itirib.

Son məlumata görə, 1 mədənçi yaralıdır, daha 1 nəfərin isə itkin düşdüyü bildirilir.

Energetika və Təbii Sərvətlər Nazirliyi mədənin lisenziyasız fəaliyyət göstərdiyini bəyan edib.

X X X

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib.

Trend-in məlumatına görə, dağıntılar altında adamların qaldığı deyilir.

Hadisə yerinə xilasedicilər və tibbi yardım maşınları cəlb edilib.

Dağıntılar altında qalanların sayı hələlik məlum deyil.

Bölgədə xilasetmə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti