Bakı. Trend:
Oktyabrın 18-i Səudiyyə Ərəbistanından İraqa 27 il ərzində ilk birbaşa aviareys yola düşüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ər-Riyaddan Bağdada uçuşu aşağı büdcəli "Flynas" aviaşirkəti həyata keçirib.
Gözlənilir ki, Səudiyyə Ərəbistanının dövlət aviaşirkəti olan "Saudia"da oktyabrın 19-u İraqa birbaşa reys həyata keçirəcək.