Bakı. Trend:
Pakistanın Korrupsiya İşləri üzrə Məhkəməsi sabiq Baş nazir Məhəmməd Nəvaz Şərifin həbsinə order verib.
Trend-in məlumatına görə, M.N.Şərif, qızı Məryəm Nəvaz və onun əri Məhəmməd Səfdər mülkiyyətin idarə edilməsi haqqında saxta müqavilə və qeyri-mötəbər məlumatlar təqdim etməkdə ittiham edilir.
Qeyd edək ki, 3 dəfə Baş nazir olmuş M.N.Şərif 2017-ci il iyulun 28-də istefa verib.