...

İnquşetiya Səudiyyə Ərəbistanına su tədarük edəcək

Dünya xəbərləri Materials 2 Noyabr 2017 17:04 (UTC +04:00)
Rusiyanın İnquşetiya respublikası və Səudiyyə Ərəbistanı arasında su tədarükü barədə danışıqlar keçirilir
İnquşetiya Səudiyyə Ərəbistanına su tədarük edəcək

Bakı. Trend:

Rusiyanın İnquşetiya Respublikası və Səudiyyə Ərəbistanı arasında su tədarükü barədə danışıqlar keçirilir.

Trend-in məlumatına görə, bunu Rusiya-Səudiyyə Ərəbistanı ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası zamanı İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov deyib.

O qeyd edib ki, İnquşetiya bu ölkəyə su, eləcə də digər kənd təsərrüfatı məhsulları tədarük edə bilər.

Qeyd edək ki, İnquşetiya mineral su istehsalına görə Rusiyada lider bölgələrdən biridir.

Xəbər lenti

Xəbər lenti