...

Vyetnamda tayfun nəticəsində ölanlərin sayı 15-ə çatıb (Yenilənib)

Dünya xəbərləri Materials 4 Noyabr 2017 20:28 (UTC +04:00)
Vyetnam sahillərini bürüyən "Damri" tayfunu nəticəsində ölanlərin sayı 15-ə çatıb
Vyetnamda tayfun nəticəsində ölanlərin sayı 15-ə çatıb (Yenilənib)

Bakı. Trend:

Vyetnam sahillərini bürüyən "Damri" tayfunu nəticəsində ölanlərin sayı 15-ə çatıb.

Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, bu haqda Associated Press agentliyi xəbər verir.

Məlumata görə, daha 4 nəfər itkin düşmüş sayılır.

Yerli hakimiyyət kiçik yaşayış məntəqələrindən 35 mindən çox sakini evakuasiya edib.

XXX

19:18

Vyetnamın mərkəzi əyalətləri üzərindən keçən tayfun 11 nəfərin həyatına son qoyub, bir çoxları itkin düşüb.

Trend- RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.

Məlumata görə, güclü külək Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq Təşkilatının liderlərinin sammiti keçirilməsi planlaşdırılan Dananq şəhərinə ciddi ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti