...

İtaliyada əməliyyat - 70 kiloqram həşiş müsadirə olundu

Dünya xəbərləri Materials 14 Noyabr 2017 16:50 (UTC +04:00)
İtaliyanın Siciliya adasında polisin keçirdiyi əməliyyat nəticəsində 70 kiloqram həşiş narkotik vasitəsi müsadirə olunub
İtaliyada əməliyyat - 70 kiloqram həşiş müsadirə olundu

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Siciliya adasında polisin keçirdiyi əməliyyat nəticəsində 70 kiloqram həşiş narkotik vasitəsi müsadirə olunub.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Qeyd olunur ki, narkotik vasitə Palermodan Kataniya şəhərinə gedən avtomobildə aşkar olunub.

Məlumata görə, sübhələnən polis əməkdaşları avtomobili təqib etdikdən sonra avtomobildə yoxlama aparıblar və 70 kiloqram həşiş aşkar edilib.

Hazırda bu şəxslərin yerli mafiya ilə əlaqəsinin olub-olmadığı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti