...

Tayvanda yaşayış evində yanğın: 9 ölü

Dünya xəbərləri Materials 23 Noyabr 2017 09:00 (UTC +04:00)
Tayvanda yaşayış evlərinin birində baş verən yanğın nəticəsində 9 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb
Tayvanda yaşayış evində yanğın: 9 ölü

Bakı. Trend:

Tayvanda yaşayış evlərinin birində baş verən yanğın nəticəsində 9 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verib.

Məlumata görə, binanın dördüncü mərtəbəsində başlayan yanğın daha sonra digər mərtəbələri də bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yalnız bir saatdan sonra alova söndürməyə nail ola biliblər.

Yanğının qəsdən törədildiyi ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti