...

SON DƏQİQƏ! Əfqanıstanda partlayış - 6 ölü, yaralılar var

Dünya xəbərləri Materials 23 Noyabr 2017 15:18 (UTC +04:00)
Əfqanıstanın şərqində Cəlilabad şəhərində partlayış törədilib.
SON DƏQİQƏ! Əfqanıstanda partlayış - 6 ölü, yaralılar var

Bakı. Trend:

Əfqanıstanın şərqində Cəlilabad şəhərində partlayış törədilib. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.

Vilayət qubernatoru Nanqarxar Ataulla Xoqiyani partlayış faktını təsdiq edib.

Qubernator insident nəticəsində daha 8 nəfərin müxtəlif xəsarətlər aldığını deyib. Onun sözlərinə görə, partlayış keçmiş polis komandirinin evinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayıcı qurğunu intiharçı-terroçu işə salıb.

Partlayışla bağlı məsuliyyəti hələ heç kim üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti