Bakı. Trend:
Yunanıstan sahillərində itən miqrant və qaçqınlarla dolu gəmi tapılıb.
Trend-in məlumatına görə, bu barədə Yunanıstan Sahil Mühafizəsindən bildiriblər.
Ötən gün göyərtədə olan qaçqınlardan biri 112 xidmətinə zəng edərək gəminin mühərrikinin xarab olması səbəbindən təhlükəli vəziyyətdə olduqlarını bildirmişdi.
Axtarış-xilasetmə işlər zamanı gəmi aşkar edilib və yedəyə alınaraq Kiparissia limanına gətirilib.
Göyərtədə 37 nəfər olub.