...

London metrosunda baş verən insident zamanı 15 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 25 Noyabr 2017 04:53 (UTC +04:00)
Londonda "Oxford Circus" metro stansiyasında baş verən insident zamanı azı 15 nəfər xəsarət alıb
London metrosunda baş verən insident zamanı 15 nəfər xəsarət alıb

Bakı. Trend:

Londonda "Oxford Circus" metro stansiyasında baş verən insident zamanı azı 15 nəfər xəsarət alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Londonub təcili tibbi yardım xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Biz insident zamanı xəsarət alan 7 nəfər hadisə yerində yardım göstərdik, 8 nəfəri isə xəstəxanaya yerləşdirdik".

Qeyd edək ki, London polisimə ötən gün yerli vaxtla saat 16:37-də "Oxford Circus" metro stansiyasında atışma baş verdiyi barədə məlumat daxil olmuşdu. Daha sonra London polisi atışmanın olmadığını bildirmişdi. İnsanların isə metro stansiyasında təxliyə aparılarkən xəsarət aldıqları bildirilir.

Xəbər lenti

Xəbər lenti